Nikolay Adam: "Bu dəfə öz oyunumuzu göstərə bilmədik"

Nikolay Adam: "Bu dəfə öz oyunumuzu göstərə bilmədik"

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə keçirilmiş Sankt-Peterburq - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): "Əvvəlki oyunlardan fərqli olaraq bu dəfə öz oyunumuzu göstərə bilmədik. Xüsusilə hücumdan müdafiəyə, həmçinin əksinə, arxa xəttdən rəqib qapısına doğru keçidlərdə çətinlik yaşadıq. Qarşıda Koreya Respublikası yığması ilə oyunumuz var. İndi həmin qarşılaşmanı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq komandası çox gözəl təsir bağışladı".

Vladimir Kazaçonok (Sankt-Peterburq komandasının baş məşqçisi): "Məzmun etibarilə turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik. Hər iki komanda, belə demək mümkünsə, xoşbəxtliyini rəqib qapısında axtarırdı. Bizim də, rəqibin də oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu. Məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, oyunun şən alınmasının mahiyyəti hücum futbolundadır".

Bütün xəbərlər Facebook səhifəmizdə