Lampard imzaladı

İngiltərə Premyer Liqa komandalarından Manchester City, Amerika Birinci Futbol Liqası (MLS) komandalarından olan New York City-dən kirayəyə götürdüyü Frank Lampardın müqaviləsini mövsümün sonuna qədər uzadıb.

Klubun internet saytında yer alan məlumata görə, 36 yaşındakı futbolçunun 2015-ci ildə sona çatan kontraktı 2014-2015-ci il mövsümünün sonuna qədər uzadılıb. Chelsea-dəki 13 illik karyerasına ötən mövsüm son qoyaraq New York City komandası ilə 2 illik müqavilə imzalayan İngilis yarımmüdafiəçi sonradan Manchester City komandasına kirayələnmişdi.

Qeyd edək ki, Premyer Liqada Chelsea-nin 3 xal arxasında 2-ci pillədə qərarlaşan Manchester City ilə 17 matça çıxan Lampard, 6 qol və 4 asistlik bir performans sərgiləyib. Onu da nəzərinizə çatdıraq ki, daha əvvəl çıxan xəbərlərdə Franck Lampard ilə müqavilə uzadılmayacağı təqdirdə City-nin Qalatasarayda çıxış edən Weslej Sneijder üçün təmaslara keçəcəyi iddia edilirdi. Beləliklə, Lampardın müqavilə bağlaması ilə bu iddialar da ortadan qalxmış oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə