Avropa MMA Assosiasiyasına yeni rəhbər seçilib. SİA-nın məlumatına görə, təşkilatın konqresində holland Aleks Engelhard yekdilliklə quruma prezident təyin edilib. Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə Avropa MMA Assosiasiyasına vitse-prezident seçilib.
Qeyd edək ki, Azərbaycan idmanı tarixində ilk dəfə həmyerlimizə MMA-da qitə miqyaslı yüksək vəzifə etibar edilib. Konqresdə çıxış edən Rövşən Həsənov etimada görə hamıya təşəkkür edərək Avropada MMA-ın inkişafı üçün böyük həvəslə çalışacağını bildirib. Onun sözlərinə görə, belə yüksək vəzifəyə seçilməsi bundan sonra məsuliyyətini artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB