"Xəzər Lənkəran" yoxlama oyununda qalib gəldi

"Xəzər Lənkəran" yoxlama oyununda qalib gəldi

"Xəzər Lənkəran" Lənkəranda keçirdiyi hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda bu gün "Xəzər Lənkəran" Mərkəzi stadionunda əvəzedici heyəti sınağa çəkib.

Hər biri 30 dəqiqədən ibarət olan iki hissəli matçın ilk dövrəsini Fernando Qabrielin cərimə zərbəsindən vurduğu qolla əsas komanda qalib başa vurub. Fasilədən sonra İlqar Ələkbərov hesabda tarazlıq yaratsa da son dəqiqələrdə Qalin İvanov yekun nəticəni müəyyənləşdirib - 2:1.

Yoxlama oyunundan sonra iki günlük istirahətə çəkiləcək komanda 12 oktyabrdan etibarən hazırlığını yenidən Lənkəranda bərpa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə