Millimizin növbəti mərhələdə rəqibləri məlum olub

Millimizin növbəti mərhələdə rəqibləri məlum olub

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Ötən gün çempionatın birinci qrup mərhələsinin görüşləri başa çatıb. Bununla da növbəti mərhələdə mübarizə aparacaq 16 komanda müəyyənləşib. İkinci qrup mərhələsində Azərbaycan millisinin rəqibləri bəlli olub. Artıq qrupun təqvimi də açıqlanıb. Komandamız ilk matçını çempionatın ev sahibinə - İtaliya yığmasına qarşı keçirəcək. Oyun oktyabrın 1-də Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Yığmamız bu mərhələdə, həmçinin Dominikan Respublikası, Xorvatiya və Almaniya milliləri ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə