Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində iştirak edir. Millimiz ilk görüşündə Çexiya yığmasını 4:1 hesabı ilə məğlub edib. İkinci görüşdə İspaniya futbolçuları ilə qarşılaşan komandamız 5:3 hesabı ilə məğlub olub.
Növbəti oyunda Bolqarıstan yığmasını 3:2 hesabı ilə məğlub edən futbolçularımız çempionatın növbəti mərhələsinə vəsiqə qazanıblar.
Matçda Hikmət Bağırov, Sabir Allahquliyev və Amid Nəzərov hərəyə bir dəfə fərqləniblər.
Dünya çempionatı sentyabrın 14-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB