Berti Foqtsun mətbuat konfransının vaxtı dəyişdi

Berti Foqtsun mətbuat konfransının vaxtı dəyişdi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu gün Moskva şəhərindəki "Ekaterinsky Hall" otelində keçiriləcək mətbuat konfransının vaxtı dəyişdirilib. SİA-nın məlumatına görə, B. Foqtsun KİV nümayəndələri ilə görüşü yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 17:30) başlayacaq.

Xatırladaq ki, sentyabrın 3-də, Moskva şəhərindəki "Ximki Arena"da Rusiya və Azərbaycan milli komandaları yoldaşlıq oyununda qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə