Taekvondo üzrə dünya çempionatının 3-cü gününün qalibləri müəyyənləşir
Milli Gimnastika Arenasında taekvondo üzrə yeniyetmələr arasında keçirilən birinci dünya çempionatı davam edir. Dörd gün davam edəcək çempionatda 65-ə yaxın ölkədən 600-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Turnirin üçüncü günündə oğlanlar arasında 53, 57, qızların mübarizəsində isə 47, 51 və 55 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
İyulun 26-da Azərbaycan komandasının beş üzvü Nuranə İbrahimova (47 kq), Şəms İsayeva (51 kq), Rafaella Hüseynova (55 kq), Qasım Aslanov (53 kq) və Nicat Musayev (57 kq) birincilik uğrunda dayanq üzərinə çıxacaqlar.
Kişilər arasında taekvondoçularımız Qasım Aslanov (53 kq) ilk görüşdə David Baumana (Avstriya) qalib gələrək növbəti mərhələyə adlayıb.
Nicat Musayev (57 kq), Nuranə İbrahimova (47 kq) və Şəms İsayeva (51 kq) isə turnirdə iştiraklarını dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB