Bombardir super kluba keçir

Xames Rodrigez istəyinə çatır. Dünya çempionatında göstərdiyi performansla hamının rəğbətini qazanan kolumbiyalı futbolçu Xames Rodrigez istəyinə çatır.

"Real"Madrid mundialda 6 qol vuraraq qızıl buts qazanan bombardiri transfer etməyə yaxındır.

Bunun üçün kral klubu Xamesin forma geyindiyi "Monako"ya 70 milyon avro təklif edəcək.

"Monako" ötən il 45 milyon avro müqabilində Xamesi "Porto"dan transfer edib. Futbolçu Madrid klubuna keçsə, illik 7.5 milyon avro qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə