Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbaxça" ilə keçirilən son derbi qarşılaşmasında yaşanan gərginliklərlə bağlı "Qalatasaray"ı cəzalandırıb. Siasport.az saytı xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı xəbər yayıb. Xəbərə görə, Türkiyə superliqasının 28-ci turunda "Qalatasaray"ın "Fənərbaxça"nı qəbul etdiyi matçda meydan sahiblərinin azarkeşləri xoşagəlməz şüarlar səsləndirib. Bu cür hərəkətlər bir mövsümdə dördüncü dəfə təkrarlandığı üçün "Cim-Bom" bir oyun azarkeşsiz oynamaq və 80 min türk lirəsi ilə cəzalandırılıb. Qeyd edək ki, sözügedən qarşılaşmada "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB