"Bakcell Arena"da və Bayıl stadionunda təbii və süni örtüklü meydançalara qulluq üzrə treninq keçirilib. Siasport.az saytının məlumatına görə, FIFA tərəfindən ezam olunmuş mütəxəssis Allan Moore təbii örtüklü meydançaların tikilməsi üçün düzgün yerin seçimi, düzgün avadanlığın seçilib alınması, meydançada yaranan problemlərin və ot örtüyündə xəstəliklərin səbəbləri, gübrələrdən istifadə qaydaları, meydançaların oyunqabağı hazırlanması və s. məsələlər barədə ətraflı informasiya verib. Treninqdə "Bakcell Arena", "Bakı" FK-nın stadionu, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Lənkəran şəhər Mərkəzi stadionu, Tofiq Bəhramov adına Respublika stadionu, Qəbələ şəhər stadionu, "Dalğa Arena", Bayıl stadionu, Ağsu şəhər stadionu, Tovuz şəhər stadionu, Sərhədçi OİK, Sumqayıt stadionu, "Şəfa" stadionu, Binə stadionu, Şağan İOK, AZAL stadionu, Zaqatala Olimpiya Kompleksinin stadionunun rəhbər və əməkdaşları iştirak ediblər.(487).jpg)
(472).jpg)
(450).jpg)
Bayıl stadionu
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB