"Simurq"la oyunda qırmızı vərəqə alaraq 3 oyunluq cəzalanan AZAL-ın futbolçusu Aleksandr Şemonayev yenidən heyətə qayıdır. Siasport.az saytının məlumatına görə, "Neftçi", "Bakı" və "Sumqayıt"la qarşılaşmalarda iştirak edə bilməyən yarımmüdafiəçi, nəhayət cəzasını başa vurub. Onun "Qarabağ"la aprelin 5-də keçiriləcək oyunda meydançaya çıxacağı gözlənilir. Bu, həm də Şemonayevin yeni baş məşçi Tərlan Əhmədova özünü göstərmək şansı kimi dəyərləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB