"Rəvan" tam heyətlə məşq etdi

"Rəvan" tam heyətlə məşq etdi

Topaz Premyer Liqasının 28-ci turunda "İnter"in qonağı olacaq "Rəvan" bu oyuna hazırlığı davam etdirir. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da baş tutan bugünkü məşq təxminən saat yarım davam edib. Taktiki-texniki çalışmalar üzərində qurulan məşqdə "Rəvan"ın bütün üzvləri iştirak edib. Belə ki, həftəboyu fərdi məşqlə kifayətlənən Kamal Bayramov və Oke Akpoveta bu dəfə ümumi qrupda çalışıb. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə bazar günü "Şəfa" stadionunda meydana çıxa biləcək. Bu baxımdan yalnız Mişel Balokoq istisnadır. O, cəzalı durumdadır və "İnter"lə oyunu buraxmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə