Cüdoçularımız “Qran-pri” turnirinin ilk günündə 3 medal qazanıblar

Cüdoçularımız “Qran-pri” turnirinin ilk günündə 3 medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Beynəlxalq "Qran-pri" turniri keçirilir. Siasport.az saytının məlumatına görə, turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Tatamiyə çıxan 5 cüdoçumuzdan 3-ü fəxri kürsüdə yer alıb.
Orxan Səfərov (60 kq) və Nicat Şixəlizadə (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər cüdoçumuz Kifayət Qasımova (57 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, bu, Hacıağa Hacıəhmədovun millidə baş məşqçi kimi debüt yarışıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə