Türkiyə çempionatının 25-ci turu çərçivəsində 0:0 hesabı ilə başa çatan "Karabükspor" - "Qalatasaray" matçından sonra baş məşqçi Roberto Mançini maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, R.Mançini etiraf edib ki, səfər oyunlarındakı pis gedişi düzəldə bilməsələr, çempion ola bilməyəcəklər: "İlk hissədə yaxşı oynadıq, fürsətlər əldə etdik, amma təəssüf ki, "səfər xəstəliyimiz"ə bu dəfə də qalib gələ bilmədik. Səfərdə qazana bilməsək, çempion ola bilməyəcəyik. Kuboku əldə etmək istəyiriksə, səfər oyunlarında qələbə qazanmalıyıq".Qeyd edək ki, "Qalatasaray" Türkiyə çempionatında son 3 səfər matçında qələbə qazana bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB