Ərəb milyonçu: "Messi heç vaxt "PSJ"-yə gəlməz"

Ərəb milyonçu: "Messi heç vaxt "PSJ"-yə gəlməz"

"Barselona"nın argentinalı ulduzu Leonel messi barədə daha bir maraqlı fakt aşkarlanıb. Siasport.az saytı xəbər verir ki, Fransa "PSJ"-sinin prezidenti Naser Əl-Xəlifi "Barselona"nın futbolçusu Lionel Messinin Paris təmsilçisinə keçidinin mümkünsüz olduğunu etiraf edib. Fransa mətbuatına açıqlama verən klub rəhbəri bildirib ki, argentinalı hücumçu heç vaxt onlarla müqavilə imzalamayacağını deyib: "Messi möhtəşəm oyunçudur. Mətbuat onun "PSJ"-ə keçə biləcəyini yazıb. Amma Messi heç vaxt "PSJ"-yə gəlməz. Maliyyə cəhətdən limitimiz olmasaydı, onunla müqavilə imzalayardıq. Ancaq "PSJ"-də onsuzda yaxşı futbolçular var".

Bütün xəbərlər Facebook səhifəmizdə