"Qarabağ" klubu Antalyadadır

"Qarabağ" klubu Antalyadadır. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın 2-ci yarısına hazırlaşmaq üçün qardaş ölkəyə təlim-məşq toplanışına yollanan komandaya Türkiyədə legionerlərdən Corc Leroy, Nikolas Gelaşvili, Maurem Muarem, İbrahim Sehiç və Admir Teli də qoşulub.

Bu gün Bakı vaxtı ilə saat 13:00-da "Qarabağ" yeni ildə ilk məşqinə çıxıb. Növbəti məşq isə saat 19:00-a nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə