Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Şağan Olimpiya İdman Kompleksində idman gimnastikası, akrobatika və tamblinq üzrə Azərbaycan çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 94 idmançı iştirak edir. Gimnastlar paytaxtın beş idman cəmiyyətini - Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayon İdman Məktəbi, "Neftçi" və "Təhsil" idman klublarını təmsil edirlər. Yarışın son günü akrobatlar və tamblinqçilər birincilik uğrunda mübarizə aparıblar.

İdman gimnastikası üzrə yarışlarda böyüklər arasında Şakir Şıxəliyev qalib adını qazanıb. Yuniyorların mübarizəsində isə Kamran Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə