Boks üzrə milli komandamızın sabiq üzvü, 2005-ci ildə Çində keçirilən dünya çempionatının gümüş mükafatçısı Romal Amanov peşəkar rinqdə özünü sınamağı qərara alıb. Siasport.az saytının məlumatına görə, indiyə qədər 3 döyüşdə qalib gələn həmyerlimiz 4-cü görüşünü Moskvada "The winner takes it all" adlı boks gecəsində keçirəcək. Amanovun rəqibi Pyatiqorskda yaşayan erməni boksçu Sevak Baqdasaryan olacaq.
Qeyd edək ki, gecənin əsas döyüşündə əfsanəvi Roy Cons fransalı Zineddin Benmaklofla üz-üzə gələcək. Bu döyüş WBU versiyası üzrə ilk ağır çəkidə (90,7 kq) dünya çempionluğu kəməri uğrundadır.
Bundan başqa, boks gecəsində rusiyalı Dmitri Çudinov Kolumbiya idmançısı Xuan Kamilo Novoa ilə qarşılaşacaq.
Dekbrın 21-də "Dinamo" İdman Sarayında keçiriləcək boks gecəsi "Rossiya-2" kanalı ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB