Topaz Premyer Liqasının 17-ci turunun "İnter" - "Sumqayıt" oyununda hesabı açan Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub. Siasport.az saytının məlumatına görə, milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 500-cü qolunu vurub. Bu qarşılaşmayadək hesabında 499 qol olan "İnter" sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.
1999-cu ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə "Xəzər Universiteti" adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub. 2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol sayını 501-ə çatdırıb.
501 qolu 371 matçda vuran "İnter" öz qapısından 316 qol buraxıb. Vurulan qolların 273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu 5 matç isə top fərqində əksini tapmayıb.
"İnter" Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadır. Ona qədər "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan" və "Bakı" da bunu bacarıb.
Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın 7-də "Neftçi" ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.
"İnter"in mövsümlər üzrə vurduğu qollar:
|
Mövsüm |
Qol |
|
1999/2000 |
19 |
|
2000/01 |
23 |
|
2001/02 |
31 |
|
2003/04 |
37 |
|
2004/05 |
41 |
|
2005/06 |
35 |
|
2006/07 |
36 |
|
2007/08 |
55 |
|
2008/09 |
54 |
|
2009/10 |
47 |
|
2010/11 |
29 |
|
2011/12 |
29 |
|
2012/13 |
38 |
|
2013/14 |
27 |
|
Cəmi |
501 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB