UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunları başa çatıb. Siasport.az saytının məlumatına görə, E, F, G və H qruplarında son turun 8 matçı keçirilib və 1/8 finalın son iştirakçıları məlum olub.
E qrupunda "Çelsi" və "Şalke", F qrupunda "Borussiya" və "Arsenal", G qrupunda "Atletiko" və "Zenit", H qrupunda "Barselona" və "Milan" 1/8 finala vəsiqə qazanıb.
Çempionlar Liqası
Qrup mərhələsi
11 dekabr
E qrupu
"Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya) 1:0
Qol: Georgiyevski, 10-öz qapısına.
"Şalke" (Almaniya) - "Bazel" (İsveçrə) 2:0
Qollar: Draksler, 51, Matip, 57.
F qrupu
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) 2:0
Qollar: İquayn, 74, Kallexon, 90+3.
"Olimpik" (Marsel, Fransa) - "Borussiya" (Dortmund, Almaniya) 1:2
Qollar: Diavara, 14 - Levandovski, 4, Qrosskroyts, 87.
G qrupu
"Austriya" (Avstriya) - "Zenit" (Rusiya) 4:1
Qollar: Hosiner, 44; 51, Yan, 48, Kinast, 90+3 - Kerjakov, 35.
"Atletiko" (İspaniya) - "Portu" (Portuqaliya) 2:0
Qollar: Qarsiya, 14, Kosta, 37.
H qrupu
"Milan" (İtaliya) - "Ayaks" (Hollandiya) 0:0
"Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya) 6:1
Qollar: Pike, 7, Pedro, 40, Neymar, 44; 48; 58, Telyo, 72 - Samaras, 88.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB