Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədovun Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacağı barədə xəbər vermişdik. Siasport.az saytının məlumatına görə, boksçuların döyüş öncəsi açıq məşqi baş tutub. Öncə Matias Pelk, ardından isə Fariz Məmmədov rinqə çıxıb. Məşq zamanı tamaşaçılar arasında müsabiqələr keçirilib. Qaliblərə baksçuların imzalı əlcəkləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB