Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim, 18 illik fasilədən sonra reklama çəkilib. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ı tərk etdikdən sonra xeyli müzakirə obyektinə çevrilmiş "imperator", bu dəfə məşhur müğənni Gülbən Ərgənlə çəkildiyi reklamla gündəmə gəlib. Türkiyə mediyası yazır ki, F.Terim bu reklamdan 1 milyon dollar qazanıb. Qeyd edək ki, baş məşqçi bundan əvvəl 1995-ci ildə bir şokolad firmasının reklamında yer almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB