“Rabitə” pley-off mərhələsində

Çempionlar Liqasının "A" qrupunda "Rabitə" voleybol klubu növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, klub öz meydanında Almaniyanın "Drezdner" komandası ilə üz-üzə gəlib. Komandamız 3:0 (25:14, 25:15, 25:19) hesabı ilə qalib gələrək, rəqibə heç bir şans verməyib. Beləliklə, "Rabitə" pley-off mərhələsinə çıxıb.

1. "Rabitə" – 11 xal (12-2 set hesabı)

2. "Omiçka" (Rusiya) – 10 xal (11-3 set hesabı)

3. "Drezdner" (Almaniya) – 3 xal (3-10 set hesabı)

4. "Bezye"(Fransa) – 0 xal (1-12 set hesabı)

Bütün xəbərlər Facebook səhifəmizdə