Qadın futbolu ilə bağlı yeni layihə: "3x3 Qızlar turniri"

Qadın futbolu ilə bağlı yeni layihə: "3x3 Qızlar turniri"

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijanla birgə yeni layihəyə start verir. Siasport.az saytının məlumatına görə, dekabrın 21-də, saat 09:30-da, Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə "3x3 Qızlar turniri" keçiriləcək. Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə