Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilir. Siasport.az saytının məlumatına görə, "Qaradağ Lökbatan" klubu "Rəvan"la qarşılaşıb. "Bayıl Arena" keçirilən oyunda "Rəvan" qalib gəlib. Qarşılaşmada qapılara 7 qol vurulub. Bunlardan 2-si "Qaradağ Lökbatan"ın, 5-i "Rəvan"ın aktivinə yazılıb. Matçda "Rəvan"ın heyətində İvan Pexa, Vüsal Qarayev, Elnur Abdulov, Rəşad Abdullayev, Vüsal Qarayev, "Qaradağ Lökbatan"ın heyətində isə Rüfət Məmmədov və Anar Həsənov fərqlənib.
Qeyd edək ki, oyunu Ömər Paşayev idarə edib.
Azərbaycan kuboku
1/8 final
4 dekabr (çərşənbə)
"Qaradağ Lökbatan" – "Rəvan" 2:5
Qollar: Pexa 21, Məmmədov 24, Qarayev 29, 90, Abdulov
Qırmızı vərəqə: E. Cəfərov 42
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vaqif Musayev, Hacıəli Ağayev
"Bayıl Arena" stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB