Flavinyonun cəzası yüngülləşdirildi

Flavinyonun cəzası yüngülləşdirildi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatlna görə, iclasda "Neftçi" PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə müraciətə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin "Neftçi" PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Futbolçu Flavio Aleks Valensio intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Flavio Aleks Valensio analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə