Futbolçu hakimi təhqir etdiyinə görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

29 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun "Rəvan" – "Qəbələ" matçının 85-ci dəqiqəsində "Rəvan" klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun "Simurq" – "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun "Sumqayıt" – "Neftçi" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 90-cı dəqiqəsində "Sumqayıt" klubunun 4 №-li futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).

30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun "Xəzər Lənkəran" – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 86-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38).

28 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Rəvan" – "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 81-ci dəqiqəsində "Qəbələ" klubunun 98 №-li futbolçusu Fərid Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 89-cu dəqiqəsində "Rəvan" klubunun 12 №-li futbolçusu Fuad Əhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).

Matçın 90+7-ci dəqiqəsində "Qəbələ" klubunun 44 №-li futbolçusu Ramazan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

29 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Simurq" – "Qarabağ" matçının 72-ci dəqiqəsində "Qarabağ" klubunun 3 №-li futbolçusu Bilal Abbaszadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

29 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Bakı" – "İnter" matçının 20-ci dəqiqəsində "İnter" klubunun 20 №-li futbolçusu Elhad Nəziri əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Neftçala" – "Turan-T" matçının 87-ci dəqiqəsində "Turan-T" klubunun 8 №-li futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Ağsu" – "Şəmkir" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 67-ci dəqiqəsində "Şəmkir" klubunun 5 №-li futbolçusu Ramil İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

01 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Bakılı" – "Kəpəz" matçının 25-ci dəqiqəsində "Kəpəz" klubunun 25 №-li futbolçusu Xəyal Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

01 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun MOİK – "Karvan" matçının 86-cı dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyevə göstərilmiş sarı vərəqəni ləğv edir (maddə 19).

Matçın 86-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).

27 noyabr 2013-cü il U-19 Liqasının "İnter" – "Xəzər Lənkəran" matçının 45+1-ci dəqiqəsində "İnter" klubunun baş məşqçisi Vadar Nuriyev azarkeşlərə qarşı təhqiredici hərəkətə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

27 noyabr 2013-cü il U-19 Liqasının "Rəvan" – "Sumqayıt" matçının 88-ci dəqiqəsində "Sumqayıt" klubunun 13 №-li futbolçusu Tural Təhməzov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

25 noyabr 2013-cü il U-17 Azərbaycan kubokunun "Xəzər Lənkəran" – "Rəvan" matçının 51-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 4 №-li futbolçusu Heydər Babayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

25 noyabr 2013-cü il U-17 Azərbaycan kubokunun AZAL – "Turan-T" matçının 70-ci dəqiqəsində AZAL klubunun 19 №-li futbolçusu Ümüd Ümüdov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 38.3).

26 noyabr 2013-cü il U-15 Liqasının "Quba" – "Neftçi" matçında təcili tibbi yardım briqadası olmadığına görə meydan sahibi komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).

26 noyabr 2013-cü il U-15 Liqasının "Simurq" – "Qarabağ" matçının 44-cü dəqiqəsində "Simurq" klubunun 1 №-li futbolçusu Məhəmməd Abakarov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

01 dekabr 2013-cü il U-14 Liqasının "Qarabağ" – "Vətən" matçının 57-ci dəqiqəsində "Qarabağ" klubunun 21 №-li futbolçusu Abdulkərim Ağamalıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

01 dekabr 2013-cü il U-14 Liqasının "Rəvan" – "Todo" matçında "Todo" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

30 noyabr 2013-cü il U-14 Liqasının "Xəzər Lənkəran" – "Astara" matçının 55-ci dəqiqəsində "Astara" klubunun 8 №-li futbolçusu Nurlan Mirzəzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

01 dekabr 2013-cü il U-14 Liqasının "Qızıl Əlcək" – "Neftçi"İSM matçının 33-cü dəqiqəsində "Qızıl Əlcək" klubunun 10 №-li futbolçusu İsmət Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

Oyunun 45-ci dəqiqəsində "Neftçi"İSM klubunun 9 №-li futbolçusu İsmayıl Bünyadov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 38.3).

01 dekabr 2013-cü il U-14 Liqasının UGİM (Neftçala) – "Masallı" matçının 51-ci dəqiqəsində UGİM klubunun baş məşqçisi Fəxrəddin Mürvətov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

01 dekabr 2013-cü il U-14 Liqasının "Xəzri" (Sumqayıt) – "Corat" matçının 53-cü dəqiqəsində "Xəzri" klubunun 11 №-li futbolçusu Nicat Məmmədəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

Oyunun 56-cı dəqiqəsində "Corat" klubunun 5 №-li futbolçusu Rüstəm Mehdizadə təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

01 dekabr 2013-cü il U-14 Liqasının UGİM (Ağdaş) – UGİM (Şəki) matçının 46-cı dəqiqəsində UGİM (Ağdaş) klubunun 9 №-li futbolçusu Rüfət İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 47-ci dəqiqəsində UGİM (Ağdaş) klubunun 17 №-li futbolçusu Ceyhun Eminov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

30 noyabr 2013-cü il Atena U-12 Liqasının "Muğan" – UGİM (Masallı) matçının ikinci hissəsində UGİM klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak edildiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

30 noyabr 2013-cü il Atena U-12 Liqasının AZAL – "İnter" matçının 35-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Seymur Səbiyev hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

30 noyabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Binə" – "Gənclərbirliyi" matçının 88-ci dəqiqəsində "Gənclərbirliyi" klubunun 18 №-li futbolçusu Ziyad Muxtarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

01 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Qobustan" – "Sabir" matçının 80-ci dəqiqəsində "Qobustan" klubunun 20 №-li futbolçusu Rauf Əhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyun başa çatdıqdan sonra "Qobustan" klubunun 1 №-li futbolçusu İsa Ağayev hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...