"Simurq" "Bakı" FK-nın təlim-məşq bazasında məşqə çıxıb

"Simurq" "Bakı" FK-nın təlim-məşq bazasında məşqə çıxıb

Topaz Premyer Liqasının XII turu çərçivəsində "Bakı"nın qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi meydançada məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, bir saata yaxın davam edən hazırlıq prossesində bütün futbolçular iştirak edib. Uzun müddətdir zədə səbəbindən komandadan ayrı düşən Rövşən Əmiraslanov da artıq heyətə qoşulub. O, "Bakı" ilə görüşdə baş məşqçi Georgi Çixradze şans verəcəyi halda meydana çıxa biləcək. Yalnız İlkin Qırtımov cəzasının bitməməsi səbəbindən bu qarşılaşmada forma geyinə bilməyəcək.

Qeyd edək ki, XII turun açılış matçı bu oyun "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Saat 15:00-da start götürəcək oyunu Ramil Diniyev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə