Arda Turan məşqlərə başladı

Sağ ayaq əzələsindən zədə alan "Atletiko"nun ulduz futbolçusu Arda Turan, artıq fərdi məşqlərə başlayıb. Siasport.az saytı Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Atletiko" "Qranada" ilə keçiriləcək matçın hazırlıqlarına start verib. Təlim məşq prosesində A.Turan da iştirak edib. O, komanda yoldaşları Dieqo Kosta, David Vilya, Luis Filipe və Tiaqo Mendeslə birgə ayrı çalışıb. Türk yarımmüdafiəçinin "Qranada" ilə matçda iştirak edib-etməyəcəyi hələ də məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə