Maradona Argentina millisindən üz çevirdi!

Maradona Argentina millisindən üz çevirdi!

Dünya futbolunun canlı əfsanəsi sayılan Dieqo Armando Maradona, artıq Argentina futboluna azarkeşlik etməkdən vaz keçib. Siasport.az saytı xəbər verir ki, daima başqa bir futbol əfsanəsi sayılan braziliyalı Pele ilə gərgin qarşıdurmaları ilə gündəmə gələn D.Maradona bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil olanacaq FİFA-17 turnirində ölkəsinin komandasını dəstəkləməyəcək: "Bu turnirdə Birləşmiş Ərəb Əmirlikləri millisini dəstəkləyəcəyəm. Argentina yığmasını dəstəkləməyəcəm. Ölkəmlə aramda müəyyən fikir ayrılıqları var. Meydan sahiblərinin komandalarını dəstəkləməkləri üçün çağırış edirəm". Qeyd edək ki, CAR-da keçirilən dünya çempionatındakı uğursuz çıxışı səbəbindən Argentina millisindən qovulan Maradona daha sonra BƏƏ-nin "Əl Vasl" klubunu çalşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə