"Xəzər Lənkəran" futbol klubunun sabiq baş məşqçisi Yunis Hüseynov milli komandamızın "DÇ-2014"-ün seçmə mərhələsində Şimali İrlandiya və Rusiya yığmaları ilə qarşılaşacağı oyunlar barədə fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis bu qənaətdədir ki, Şimali İrlandiya millisi ilə keçiriləcək qarşılaşma asan olmayacaq: "Fikirləşməməliyik ki, asan qələbə qazanacağıq və ya xal götürəcəyik. Mən onların Rusiya ilə oyunlarını izlədim. Fiziki cəhətdən çox güclü və sonadək mübarizə aparan komandadır. Yəni, millimiz Şimali İrlandiya ilə səfər matçında qələbə qazanmağa yaxın olsa da, həmin qarşılaşmada rəqib bizdən üstün olmuşdu. Ancaq bu komandadan xal götürmək mümkündür". Y.Hüseynovun fikrincə, Rusiya millisinə qarşı keçirəcəyimiz oyun da nikbin danışmaq üçün heç bir əsas vermir: "Rusiya millisi ilə matça gəldikdə isə onlara qarşı oyunumuz daha çətin olacaq. Rusiya dünya çempionatının final mərhələsinə birbaşa getmək şansları böyükdür. Ona görə də inanmıram ki, ruslar bizimlə oyuna arxayın çıxsınlar. Onlar Bakıya 3 xal dalınca gələcəklər. Bu səbəbdən Rusiya millisindən xal almağımız çətin görünür. Y.Hüseynov yığmamızın Rusiya ilə səfər oyununu da xatırlayıb. Bildirib ki, həmin görüşdə də rəqib komanda yığmamızdan aşkar üstün olub: "Düzdü, millimiz Rusiyada keçirilən oyunda minimal hesabla məğlub oldu. Ancaq demək olmaz ki, yığmamız həmin görüşdə əla oynadı. Deyəsən millimiz həmin görüşdə 6 və 8 müdafiəçi ilə oynayırdı. Qeyd etməliyəm ki, futbolçularımız vuruşdular. Amma rusların qol imkanları daha çox olmuşdu. Rusiya elə komanda deyil ki, onlara qarşı açıq futbol oynaya biləsən. Məncə, rəqibə qarşı oyunumuz əks-hücum üzərində qursaq, daha yaxşı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB