İsgəndər Cavadovun ailəsində ağır itki baş verib

İsgəndər Cavadovun ailəsində ağır itki baş verib

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov vəfat edib. Siasport.az saytının məlumatına görə, o, Lənkəranda dünyasını dəyişib. S.Cavadovun dünyasının dəyişməsinin səbəbi hələ ki, dəqiqləşdirilməyib. Qeyri-dəqiq məlumatlara görə, o, ürəktutmasından vəfat edib.

Qeyd edək ki, mərhum AFFA-nın Marketinq Departamentinin mütəxəssisi idi. Onun 25 yaşı var idi.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə