"Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Xəzər Lənkəran"la qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, o, rəqib barədə xoş sözlər işlədib: "Xəzər Lənkəran" Azərbaycanın iddialı klublarından sayılır. Con Toşak isə dünya səviyyəli mütəxəssisdir. Təbii ki, belə güclü məşqçi və futbolçulara malik olan "Xəzər Lənkəran" ancaq çempionluq barədə düşünə bilər. Lənkəranlıların əlavə üstünlüyü onların möhtəşəm azarkeşləridir. Fikrimcə, "Xəzər Lənkəran" matçın favoritidir. Buna baxmayaraq, çalışacağık ki, yaxşı nəticə ilə Bakıya dönək".
Xatırladaq ki, Topaz Premyer Liqasının 6-cı turu cərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" matçı 14 sentyabr, saat 19:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB