"Xəzər Lənkəran” hazırlığını davam etdirir

Topaz Premyer Liqasının VI turu çərçivəsində "Bakı"nı doğma meydanında qəbul edəcək "Xəzər Lənkəran" hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, qısamüddətli Qəbələ toplanışından sonra Lənkərandakı bazasında toplaşan komanda artıq üç gündür ki, "Bakı" ilə oyunun hazırlığına başlayıb. Milli komandaların oyunu ilə əlaqədar cənub təmsilçisinin düşərgəsindən ayrılan futbolçular Nikola Qliqorov istisna olmaqla, geri qayıdaraq, məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsini təmsil edən yığmanın Şotlandiya ilə matçı olduğundan sabahdan "Xəzər Lənkəran"a qoşulacaq. "Xəzər Lənkəran"ın gənc forvardı Elnur Cəfərov isə yenidən U-17-nin düşərgəsinə toplanışa çağrılıb.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın gündə iki dəfə ehtiyat meydanda keçirdiyi məşqlər aramsız yağan yağışa rəğmən, davam etdirilir və komanda zədəli futbolçu olmadan tam heyətlə hazırlaşır.

Bu gün səhər məşqindən çəkilən fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə