Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Çernomorets" klubu ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 4:2 hesabı ilə yığmamzın xeyrinə başa çatıb. Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib.
Xatırladaq ki, yığmamız toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda "Kuban" klubunun əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB