2012/2013 mövsümündə stadionda ən çox azarkeşi olan 100 klubun siyahısına alman azarkeşlər başçılıq edirlər. Siasport.az saytı xəbər verir ki, Braziliyanın "Pluri Consultaria" agentliyinin hazırlamış olduğu siyahıda ən sadiq azarkeşlərin ingilis və almanların olduğu müəyyənləşib. Siyahıya Dortmundun "Borussiya" klubu başçılıq edib. Ev görüşlərini 85,700 min tamaşaçı tutumuna malik "Siqnal İduna Park"da keçirən klubun oyunları zamanı stadionda demək olar ki, bütün yerlər dolu olur. "Mançester Yunayted"in "Old Trafford" stadionu 75,530 min azarkeşlə ikinci pillədə qərarlaşıb. "Barselona"nın "Nou Kamp" stadionu üçüncü (71,681), "Bavariya"nın ev oyunlarını keçirdiyi "Alyanz Arena" isə (71 min) dördüncüdür. Madridin "Real" klubu siyahıda beşinci pillədə qərarlaşıb. 84.454 tamaşaçı tutumuna malik olan "Santyaqo Bernabeu" stadionunda təxmini 61.171 min yer dolu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB