"Barselona" Pikeyə yeni müqavilə təklif edib?

"Barselona" Pikeyə yeni müqavilə təklif edib?

İspaniyanın "Barselona" futbol klubu, daha bir futbolçusu ilə müqavilə müddətini uzatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, katalon klubu artıq 26 yaşlı Jerard Pike ilə danışıqlara başlayıb. Sport.es saytında yayılan xəbərdə deyilir ki, "Barselona" 26 yaşlı futbolçuya yeni müqavilə təklif edib. J.Pikenin hazırkı müqaviləsinin müddəti 2015-ci ildə başa çatır. Yeni anlaşma isə 2018-ci ilin yayına qədər olan dövrü əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə