Anelka futbolla vidalaşdı

İngiltərənin "Vest Bromviç" futbol klubunun hücumçusu Nikola Anelka idman karyerasını başa vurmaq qərarına gəlib. Siasportun verdiyi xəbərə görə, 34 yaşlı futbolçu klub rəhbərliyini bu barədə xəbərdarlıq etdikdən sonra klubun bazasını tərk edib. Komandanın baş məşqçisi Stiv Klirk nə qədər cəhd göstərsə də, Anelka qərarını dəyişməyəcəyini bildirib. Futbolçu Fransanın "Pari Sen-Jermen", İngiltərənin "Liverpul", "Bolton", "Çelsi", İspaniyanın "Real", Türkiyənin "Fənərbaxça", Çinin "Şenxau" və İtaliyanın "Yuventus" klublarında çıxış edib.

Qeyd edək ki, Anelka Fransa yığmasının tərkibində 14 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə