İngiltərənin "Norviç Siti" klubu "Qalatasaray"ın isveçli hücumçusu Yohan Elmanderlə 1 illik icarə müqaviləsi imzalayıb. Bu barədə Siasport xəbər verir. "Bolton" klubunun keçmiş oyunçusu 32 yaşlı Elmander İsveç yığmasının tərkibində 71 oyunda iştirak edib. "Qalatasaray"da 2011-ci ildən oynayır və 52 matçda 16 qol vurub. "Bolton"da 3 sezon ərzində 92 oyunda 18 qola müəlliflik edib. O, Danimarkanın "Brondbyu", Niderlandın "Bredi", Fransanın "Tuluza" klublarında da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB