A. Povetkin və V. Kliçko arasında görüş keçiriləcək

A. Povetkin və V. Kliçko arasında görüş keçiriləcək

Rusiyalı boksçu Aleksandr Povetkin və Vladimir Kliçko arasında keçiriləcək görüş oktaybrın 5-ə təyin olunub. Siasportun verdiyi xəbərə görə, Moskvanın "Olimpiya" idman kompleksində baş tutacaq yarışmanın biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti kateqoriyasından asılı olaraq (Platinium, Silver, Gold və Bronse) 1200 rubldan 150000 rubla qədərdir. WBA versiyası üzrə çempion titulunu daşıyan A. Povetkin həmin idman kompleksində artıq iki dəfə rinqə çıxıb.

WBA versiyası üzrə superçempion, WBO və İBF versiyaları üzrə kəmər sahibi Vladimir Kliçko isə ilk dəfədir ki,bu kompleksdə görüş keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə