Roma papası oyunu canlı izləyəcək

Roma papası oyunu canlı izləyəcək

Bu gün İtaliya və Argentina yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündə Mario Balotelli və Lionel Messi zədə səbəbindən oynamayacaq. Bu barədə Siasport xəbər verir. Roma papası Fransiskonun şərəfinə təşkil olunmuş bu matç Romanın "Olimpiya" stadionunda keçiriləcək.

Argentinanın "San-Lorensi" klubunun azarkeşi olan Fransiskonun hər iki klubun rəhbərliyi və oyunçuları ilə görüşü gözlənilir.

Qeyd edək ki, Roma papası Fransisko komandalardan hansına azarkeşlik edəcəksiniz sualına belə cavab verib: "Seçim etmək mənim üçün çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə