Qurban Qurbanov cəzalanıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasportun verdiyi xəbərə görə, iclasda Topaz Premyer Liqasının I turunda baş vermiş xoşagəlməz hadisələrə görə müvafiq qərarlar çıxarılıb.

Belə ki, "Neftçi" – "AZAL" matçının 13 və 36-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

"Sumqayıt" – "Xəzər Lənkəran" matçının 64-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə edilib.

"İnter" – "Qarabağ" matçının 90-cı dəqiqəsində isə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib. Baş məşqçi II turun Sumqayıtla oyununda texniki zonaya buraxılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə