Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər

Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Joze Blatter 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının yay fəslində deyil, qış aylarının birində keçirilməsi barədə FİFA icraiyyə Komitəsi qarşısında məsələ qaldıracağını bildirib. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir.

"Havanı bütün ölkədə deyil, yalnız stadionlarda sərinləşdirmək olar. Əgər çempionatı bir bayram kimi keçirmək istəyiriksə, onda Qətərin kəskin istilərinin turnirin bütün iştirakçılarına neqativ təsiri mütləq nəzərə alınmalıdır. Hələlik isə buna vaxtımız var" -deyən prezident keçən ilin iyul ayında turnirin vaxtının dəyişdirilməsinə narazı olanlara FİFA nizamnaməsində öz əksini tapmış qaydaları yada salaraq buna tam səlahiyyətləri çatdığını bildirib. Qeyd edək ki, statistikaya görə, Qətərdə yay-sentyabr aylarında havanın orta temperaturu 46, gündüzlər isə 50 dərəcəyə çatır.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə