İstanbulun "Qalatasaray" futbol klubunda yeni kapitan seçiləcək. Siasport.az saytı Türkiyənin "Sporx.com" idman saytına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim komandanın ulduz futbolçusu və təcrübəli forvardı olan Didye Droqbanı yeni mövsümdə kapitan kimi meydanda görmək istəyir. "Qalatasaray"ın hazırkı kapitanları olan Sabri Sarıoğlu və Səlcuk İnanın da bu təyinata qarşı çıxmayacağı bildirilir. "Sporx.com"un məlumatına əsasən, baş məşqçi F.Terim hər iki futbolçu ilə bu məsələni müzakirə edərək, qərarını klub rəhbərliyinə də çatdırıb. Məlumata əsasən, yeni mövsümdə keçiriləcək ilk qarşılaşmada komandanı kapitan sarğısında D.Droqba meydana çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB