Mübariz Mənsimov Maltaya gedir

"Xəzər Lənkəran" futbol klubunun fəxri prezidenti olan Mübariz Mənsimov, komandasının UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirəcəyi qarşılaşmanı izləmək üçün Maltaya yola düşüb. Siasport.az saytı xəbər verir ki, cənub təmsilçisi burada yerli "Slima" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. M.Mənsimovun komandasına dəstək olmaq üçün uzaq ölkəyə yollandığı bildirilir. Qeyd edək ki, "Slima" – "Xəzər Lənkəran" oyunu sabah Bakı vaxtı ilə saat 23.45-də başlayacaq və Ta-Qali mərkəzi stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə