Ötən mövsümü" Qalatasaray"da icarə əsasında çıxış edən Umut Bulut, yenidən müqavilə əsasında mənsub olduğu Fransanın "Tuluza" klubuna qayıdıb. Siasport.az saytı xəbər verir ki, keçən mövsümü "Qalatasaray"da əla çıxışı ilə başa vuran türkiyəli futbolçu artıq dünəndən etibarən "Tuluza"nın məşqlərinə qatılıb. Türkiyə mətbuatı baş məşqçi Fatih Terimin U.Bulutu yenidən sərəncamında görmək istəməsi barədə məlumatlar dərc edir. Mətbuat yazır ki, "imperator" ləqəbli təcrübəli baş məşqçi U.Bulutu yeni mövsümdə də əsas heyətdə görmək istəyir. Onun "Qalatasaray" rəhbərliyinə fransız klubu ilə danışıqlara başlamaq barədə müraciət etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB