İstanbulun "Qalatasaray" futbol klubu braziliyalı Felipe Melo ilə razılığa gəlib. Siasport.az saytı xəbər verir ki, artıq iki ildir ki, "Yuventus"dan ayrılaraq icarə əsasında İstanbul klubunda çıxış edən braziliyalı futbolçu ilə gərgin danışıqlar davam edirdi. Bu vaxta qədər maliyyə baxımdan hec cürə razılıq əldə edə bilməyən tərəflər, nəhayət ki, konkret rəqəm üzərində razılaşıblar. Bu barədə futbolçunun özü məlumat verib. Bir neçə gün bundan əvvəl "Qalatasaray"dan əla təklif aldığını elan edən F.Melo, artıq İstanbul klubu ilə 2,5 milyon avroluq məvacibə razılaşmalı olub. İndi "Qalatasaray"ın braziliyalı futbolçunun transfer hüquqlarını tamamilə əldı etməsi üçün "Yuventus"la da danışıqlara başlayacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB