Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Siasport xəbər verir ki, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) sərbəst güləş yarışlarında mübarizəyə başlayıblar. 63 kq çəkidə Teymur Məmmədov bütün görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlib. Final yolunda slovak, rumın, erməni və türk döyüşçülərindən üstün olan Teymurun finalda rəqibi Rusiya güləşçisi olub. Rəqibinəşans verməyən Teymur qızıl medala sahib çıxıb. 76 kq çəkidə təmsilçimiz Şamil Sadullayev ilk görüşdə erməni rəqibini məğlub edib. Şamil Sadullayev bu uğurunu axıra qədər davam etdirə bilməyib. Təmsilçimiz yarımfinalda məğlub olub, ancaq bürünc medal uğrunda görüşdә Polşa güləşçisini mәğlub edib vә bürünc medal qazanıb.
Fazil Həsənov (46 kq) və Vurğun Əliyev (54 kq) də yarımfinala qədər maneəsiz irəliləyib. Hər iki təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Fazil Məmmədov Almaniya, Vurğun Əliyev isə Bolqarıstan təmsilçisini üstәlәyib, bürünc medala sahib olub.
Yeniyetmә sәrbәst gülәşçilәrimiz çempionatın ikinci gününü 1 qızıl vә 3 bürünc medalla başa vurub.
Ümumilikdə 4 qızıl vә 4 bürünc medal qazanan yeniyetmә sәrbәst gülәşçilәr komanda hesabında Avropa çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB