Millinin qapıçısı cərrah masasında

Millinin qapıçısı cərrah masasında

Millimizin və "Bakı"nın qapıçısı Kamran Ağayev bir neçə saat öncə əməliyyat olunub.
Siasport xəbər verir ki, uzun müddətdir qasıq nahiyyəsindəki ağrılardan əziyyət çəkən qapıçı cərrah masasına uzanmaq məcburiyyətində qalıb.
Onun 2 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Kamran "Bakı"nın Avstriya toplanışından kənarda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə